Onlayn ictimai-siyasi qəzet
Rusiyada tibbi məhsullar, mənzil, nəqliyyat və ərzaq məhsullarının illik qiymət artımı inflyasiyanı üstələyib.
Musavat.com-un xəbərinə görə, fevralın əvvəlində Rusiyanın baş naziri Mixail Mişustin prezident Vladimir Putinlə görüşdə iqtisadi uğurlarla bağlı hesabat verib.
O, Rusiyanın ÜDM-nin "tarixi maksimum" səviyyəsinə çatdığını, iqtisadi artımın dünya ortalamasından yüksək olduğunu və inflyasiyanın "bir az artdığını" bildirib.
Lakin real rəqəmlər tamam başqa mənzərəni ortaya qoyur.
Hətta Federal Statistika Xidmətinin (Russtat) hesabatında həyat üçün vacib məhsul və xidmətlərin qiymətlərinin inflyasiya səviyyəsini əhəmiyyətli dərəcədə üstələdiyi qeyd edilib (rəsmi inflyasiya - 9,52%):
Tibbi məhsulların qiyməti bir ildə 11,1% artıb. Bu səbəbdən Telegram kanallarında dərmanların qara bazarı böyüyüb, hansı ki, keçən il ruslar burada 1280 çeşid məhsul alıblar.
Mənzil kirayəsinin qiyməti 21% artıb. İndi ruslar demək olar ki, bütün maaşlarını kirayəyə verir.
"RBK Nedvijimost" şirkətinin hesablamalarına görə, 2024-cü ilin noyabrında orta moskvalı maaşının 73,4%-ni kirayə üçün xərcləyib, halbuki 2023-cü ildə bu rəqəm təxminən 60%-ə bərabər idi.
Maliyyə xidmətlərinin qiymətləri 33,8% artıb. Bu kateqoriyaya kreditlərin qiymətinin artması da daxildir, hansı ki, 2024-cü ilin oktyabrında Mərkəzi Bankın faiz dərəcəsi 21%-ə qaldırılıb.
Ərzaq məhsullarının qiymətləri də artıb.
Orta qiymət artımı 9,9% olub, amma bəzi kateqoriyalar bu göstəricini əhəmiyyətli dərəcədə üstələyib:
Ət və toyuq +11,4%
Yağ +17,2%
Yumurta +29,4%
Tərəvəzlər +16,4%
Çörək +10%
Məlumata görə, inflyasiya rusları müharibədən daha çox narahat edir.
"Levada Mərkəzi"nin sorğusuna əsasən, rusların 63%-i cəmiyyətdəki ən əsas problem kimi inflyasiyanı göstərir. Ukraynada müharibəni isə yalnız 35% qeyd edib.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ