İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “əcinnə ovu” davam edir

Moskvanın Meşşanski rayon məhkəməsi müxalifətçi İlya Yaşin barəsində hökmün elan edilməsini dekabrın 9-na təxirə salıb.

Musavat.com xəbər verir ki, o, yutubda canlı yayıma görə “Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda” ittiham olunur.

İlya Yaşin həmin videoda Buça şəhərində dinc əhalinin öldürülməsini müzakirə edib. Rusiyalı müxalifətçi ilə bağlı hökm bu gün saat 12-də elan edilməli idi. “Sota” kanalının xəbərinə görə, saat 12:15-də məhkəmə binası boşaldılıb. Buna səbəb məhkəmə binasına bomba qoyulması ilə bağlı gələn xəbər olub.

Qeyd edək ki, Prokuror İlya Yaşin üçün 9 il həbs və cəzasını çəkdikdən sonra 4 il internetdən istifadəyə qadağa qoyulmasını istəyib. Həmin maddə üzrə bu vaxta qədər ən ağır cəza Moskvanın Krasnoselski rayonunda bələdiyyə deputatı Aleksey Qorinova verilib. O, Rusiyanın Ukraynaya müdaxiləsini müharibə adlandırdığına görə 7 il müddətinə azadlıqdan məhrum edilib. Rusiya hakimiyyəti hələ də təcavüzkar savaşı xüsusi hərbi əməliyyat adlandırmaqda davam edir. İlya Yaşin həmin bələdiyyə məclisinin deputatı olub.

Bazar ertəsi keçirilən məhkəmə iclasında Yaşin son sözündə həbs cəzasına hazır olduğunu, peşmançılıq hissi çəkmədiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR