İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada deputatlar artıq gəlirlərini gizlədə biləcəklər-Kremldən böyük “hədiyyə”

 

Rusiya prezidenti Vladimir Putin deputatlara və senatorlara öz gəlirləri haqqında məlumatları ictimaiyyətdən gizlətməyə imkan verən qanunu imzalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənəd dövlətin rəsmi hüquqi informasiya portalında dərc olunub və 2023-cü il martın 1-dən qüvvəyə minəcək.

Qanuna görə, deputatların və senatorların gəlirləri və əmlakı haqqında məlumatlar “ümumiləşdirilmiş formada” dərc olunacaq. Burada konkret adlar, pul məbləğləri, daşınmaz əmlak siyahıları vətəndaşlardan gizlədiləcək. Seçicilər yalnız deputatın bəyannamə verib-vermədiyini və orada səhvlərin olub-olmadığını öyrənə biləcəklər.

Əvvəllər deputatlar öz gəlirləri və əmlakları, habelə yaxınlarının gəlirləri və əmlakları barədə seçicilər qarşısında hesabat verməli idilər. Bəyannamələr aidiyyəti qurumların internet saytlarında ictimaiyyətə açıq şəkildə yerləşdirilməli idi.

Rusiyalı müxalif ekspertlər bu qanunu “korrupsioner sistemin qələbəsi” adlandırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR