İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 29 yaşlı azərbaycanlı Ukraynaya getmək istəyərkən tutuldu


Rusiya Federal Təhlükəsizlik Xidməti Orlov vilayətində Ukraynaya gedib Rusiyaya qarşı döyüşmək istəyən bir vətəndaşı həbs edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı olan Ramil Əziz oğlu Dəmirov Ukraynanın miqrasiya və kəşfiyyat orqanlarına müraciət edərək, onların tərəfindən döyüşmək istədiyini bildirib.

Qarşı tərəf ona ölkəyə gəlib döyüşə qatılmaq üçün nələr etmək lazım olduğunu izah edib.

Ramil Dəmirov Ukraynaya keçmək üçün Türkiyəyə getmək istəyərkən FTX tərəfindən saxlanılıb, ona qarşı cinayət hazırlığı və terror təşkilatına qoşulma ittihamı irəli sürülüb.

29 yaşlı Oryol sakini Rusiya vətəndaşlığından çıxarılmaq üçün yazdığı müraciətində daim milli zəmində sıxışdırılma, nifrətlə üzləşdiyi üçün heç vaxt özünü Rusiya cəmiyyətinin üzvü hesab etmədiyini, yerli xalqın tarixi, mədəni və siyasi baxışlarını bölüşmədiyini qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR