İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ÇİN-dən “raket çətiri” alır: Rusiya sistemləri bir kənara atıldı, Pekinlə gizli sövdələşmə

Musavat.com xəbər verir ki, məlumatlı mənbələr İranın Çindən HQ-16 zenit-raket kompleksləri (ZRK) almaq üçün danışıqlar apardığını bildiriblər.

Bu sistemlər ballistik raketlər və hava hədəflərinə qarşı müdafiə üçün nəzərdə tutulub və son dövrlərdə İranın Rusiyadan aldığı texnikanı kənara qoyaraq alternativ axtarışına çıxdığının bariz göstəricisi kimi dəyərləndirilir.

İranın belə addımı atması İsrailin onun hava sahəsini darmadağın etməsi və İran HHM -in 12 günlük müharibədə biabırçı vəziyyətə düşməsi ilə bağlıdır. İran indi yoxdan nəsə yaratmaq istəyir.

Rus sistemləri işə yaramadı və sınaqdan çıxmadı.

Ekspertlər qeyd edirlər ki, bu addım həm də Tehranla Moskva arasında müəyyən texnoloji və siyasi soyuqluğun yaranmasından xəbər verə bilər.

Bəzi müşahidəçilər isə bunu İranın daha əvvəl Çindən almağa çalışdığı J-10C qırıcıları ilə bağlı prosesin davamı kimi görür və Tehranın müdafiə alışlarında artıq açıq şəkildə “şərq bazarları arasında alış-veriş etmə” siyasətinə keçdiyini vurğulayırlar.

Hazırda İran rəsmiləri bu məlumatları nə təsdiq, nə də təkzib ediblər. Lakin mənbələr hesab edir ki, Çindən HQ-16 sistemlərinin alınması barədə razılaşma yaxın aylarda rəsmiləşdirilə bilər. O zaman İranın öz hava məkanını möhkəmləndirmək, daha doğrusu yenidən inşa etmək üçün yeni “raket çətiri”nə sahib olma şansı yaranar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR