İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 17 yaşlı azərbaycanlı saxlanıldı - VİDEO

Rusiyanın Belqorod şəhərində yoldan keçənlərə hücum edən yeniyetmələrdən ibarət qrup polis tərəfindən saxlanılıb. 

Musavat.com unikal-a istinadən xəbər verir ki, altı nəfərdən ibarət olan dəstənin dördü azyaşlıdır. Hazırda dəstənin bir yetkin üzvü axtarışdadır.

Saxlanılan şəxslərdən biri  də Amil Qafarov adlı 17 yaşlı azərbaycanlıdır.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Milli mənsubiyyət zəminində nifrət və ya düşmənçiliyin salınması", "Bir qrup şəxs tərəfindən milli ədavət zəminində adam öldürməyə cəhd" və "xuliqanlıq" maddələri ilə cinayət işi başlanıb.

Cinayətdə əli olan hər kəsin axtarışı və istintaqı davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR