İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Zaporojyeyə 12 S-300 raketi atıb - FOTO (YENİLƏNİB)

Ukraynanın Nikolayev, Zaporojye, Krivoy-Roq, Pavloqrad, Vinnitsa, Rovne və Karpat bölgələrində silsilə partlayışlar olub.

Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisələrin təfərrüatı hələ məlum deyil.

Oktyabrın 11-də Rusiyanın Ukrayna ərazisinə raket hücumları davam edib. Xəzər dənizinin Rusiyaya aid hissəsindən Krivoy Roq istiqamətində 10 qanadlı raket, Saratov vilayətindən də eyni sayda qanadlı raket atılıb. Məlumata görə, raketlər zərərsizləşdirilib.

Kiyev vilayətinin hava məkanında Rusiyanın daha bir raketi vurulub. Ukraynanın Xmelnitski vilayətində isə İran istehsalı olan “Şahed-136” dronu məhv edilib.

Ümumilikdə bu gün Rusiyanın Ukraynaya atdığı və zərərsizləşdirilən raketlərin sayı hələ ki məlum deyil.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata əsasən, Rusiya son sutkada Ukrayna ərazisinə 60-dan artıq raket atıb, 32 aviazərbə endirib, eləcə də reaktiv yaylım atəşi sistemindən atəş açıb.

Rusiya 30-dan artıq şəhər və kəndə, o cümlədən Kiyev, Lvov, Rovno, Jitomir, Ternopol, Xmelnitski, İvano-Frankovsk, Vinnitsa, Priluka, Nejin, Konotop, Xarkov, Kremençuq, Dnepr, Krivoy Roq, Zaporojye, Nikolayev, Odessaya ziyan dəyib.

Məlumata görə, rəqib Ukrayna Silahlı Qüvvələrinin Xarkov və Xerson istiqamətində əks-hücumunun qarşısını ala bilmir. Ona görə də dinc sakinlər arasında vahimə yaratmaq üçün şəhərləri və kəndləri raket atəşinə tutur.

Ukrayna Baş Qərargahından bildirilib ki, Belarus hakimiyyəti öz hava məkanından Rusiyanın Ukraynaya aviazərbə endirməsinə şərait yaradır.

10:41

Ukraynanın daha 2 vilayətində partlayış baş verib.

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, Rivne və Krivoy Roq vilayətlərində partlayış səsləri eşidilib.

"Partlayışın təfərrüatı hələlik məlum deyil", - məlumatda qeyd edilib.

10:18

Ukraynanın Odessa vilayətində partlayış olub.

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, yerli əhali partlayış səsləri eşidib.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil.

10:11

Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd "S-300" zenit raketi atıb, ölən var.

Musavat.com “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasından bildirilib.

Qeyd olunub ki, ictimai iaşə obyektləri, o cümlədən təhsil müssisələri ilə yanaşı, dövlət obyektləri də hədəf alınıb. 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidəki yanğını söndürüblər. 

Məlumata görə, Rusiyanın atdığı 2 raket avtosalona düşüb, 1 nəfər ölüb.

Rusiya Ordusu Ukraynanın Zaporojyedəkı ictimai obyektlərinə 12 S-300 raketi atıb.

Musavat.com ukrinform-a istinadən xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyası teleqram-da məlumat yayıb.

"Düşmən Zaporojyenin dinc sakinlərini qorxutmaqda davam edir. 12 S-300 raketindən raket zərbəsi ictimai obyektlərə düşüb", - deyə yazıda qeyd olunub.

Məlumata görə, iki raket avtosalona düşüb, nəticədə bir nəfər ölüb. Yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu söndürməyə nail olublar. Digər raketlər məktəbə düşüb. Məktəbə və ambulatoriyaya ziyan dəyib.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR