İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya vətəndaşlığından İMTİNA edənlərin SAYI - ŞOK STATİSTİKA

Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov bildirib ki, 2023-cü ilin 9 ayında 4,4 min nəfər Rusiya vətəndaşlığından imtina edib. Onun sözlərinə görə, 15 mindən çox insan xaricdə Rusiya pasportu alıb.

Musavat.com xəbər verir ki, bu barədə o, “RİA Novosti”yə müsahibəsində bildirib.

"Bu il Rusiya vətəndaşlığından çıxanların sayı keçən ilki məlumatlarla müqayisə olunur. Belə ki, 2022-ci ilin sonunda 4,3 min nəfər Rusiya vətəndaşlığından çıxmaq qərarına gəlib", - Klimov deyib.

Onun sözlərinə görə, ötən il Rusiya vətəndaşlığından çıxanların sayı son üç ildə ən yüksək göstəricidir (2020-ci ildə 3877 nəfər, 2021-ci ildə 4055 nəfər). 2019-cu ildə isə Rusiya vətəndaşlığından 4356 dəfə imtina edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR