İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Türkiyə prezidentləri Astanada Rusiya-Qərb danışıqlarını müzakirə edəcəklər

Rusiya danışıqlara dair istənilən təklifi dinləməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu həftə Astanada görüşəcəklər və onların Türkiyə tərəfinin təklif etdiyi Rusiya-Qərb danışıqlarını müzakirə etmək imkanı olacaq.

S.Lavrov, həmçinin bildirib ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının məqsədləri dəyişməyib. Onun sözlərinə görə, Moskva öz təhlükəsizliyinə qarşı təhdidlərə, o cümlədən Ukraynanın NATO-ya üzv olmasına və ərazisində silahlar yerləşdirməsinə dözməyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR