İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və İran arasında yeni iqtisadi əlaqələr- Ukraynadan QINAQ

 

“Rusiya-Ukrayna savaşı geosiyasi dəyişikliklərin artmasına səbəb olub. Amerikanın və Aİ-nin iqtisadi sanksiyaları altında olan Rusiya və İran arasında ticarət əlaqələri genişlənir”.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, İran və Rusiya Avropanın şərqindən-Azov dənizindən Hind okeanına uzanan 3000 km-lik ticarət dəhlizi inşa edir. Bu ticarət dəhlizi İran və Rusiyanın mövcud marşrutlarını minlərlə kilometr qısaldacaq. Moskva və Tehranın məqsədi tranzit məsələlərində üçüncü ölkədən asılı olmamaq və Asiya bazarına çıxış əldə etməkdir.

“i24 news” məlumat verib ki, İran və Rusiya arasında təhlükəsizlik sazişlərini izləyən Qərb kəşfiyyat mənbələri bildirirlər ki, Moskva tezliklə İslam Respublikasına tam döyüş təyyarələri eskadrası verəcək. Göründüyü kimi, bunlar ABŞ-ın mane olduğu müqavilə əsasında Misir üçün istehsal edilmiş 24 Su-35 qırıcısı olacaq. Ruslar satılmamış artığı üçün alıcı axtarırdılar və deyəsən Tehran təyyarələri tezliklə alacaq.

Rəsmi Kiyev isə Tehranı Moskvaya 1700 ədəd “Şahed-136” sursatı verməkdə ittiham edib. Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak cavab olaraq İranın pilotsuz təyyarələr və raketlər istehsal edən fabriklərinin məhv edilməsi üçün çağırış edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR