İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Ermənistan XİN rəsmiləri nələri müzakirə edib-DETALLAR

Rusiya Federasiyası və Ermənistan xarici işlər nazirlərinin müavinləri Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini müzakirə ediblər.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, Mixail Qaluzin və Vahe Gevorkyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzərində işin gedişatını təhlil edərək, normallaşmanın bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Görüş zamanı diplomatlar Laçın yolunda və bütövlükdə Qarabağ ətrafındakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR