Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə Çin yaxın günlərdə “Dəniz qarşılığı” adlı birgə dəniz təlimləri keçirəcək.
“Report” xəbər verir ki, məlumatı Rusiya Müdafə Nazirliyinin mətbuat xidməti yayıb.
Nazirlik bildirib ki, raket-artilleriya atışı təlimləri Şərqi Çin dənizində keçiriləcək.
Məlumata görə, hərbi tədbirdə Rusiya Sakit okean Donanmasının flaqmanı “Varyaq” kreyseri, “Marşal Şapoşnikov” freqatı və iki korveti iştirak edəcək.
Təlimlərin dekabrın 21-27-də keçiriləcəyi nəzərdə tutulub.
12 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ