İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Çin birgə dəniz təlimlərinə başlayıb

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

Rusiyanın Sakit Okean Donanmasının və Çin Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərindən ibarət dəstə artıq təlimlər keçirmək üçün Vladivostokdan dənizə çıxıblar.

Rusiya tərəfdən təlimlərdə sualtı qayıq əleyhinə “Admiral Panteleyev” və “Admiral Tributs” iri gəmilər, “MPK-82” və “MPK-107” sualtı qayıq əleyhinə kiçik gəmilər, həmçinin “Smerç” kiçik raket gəmisi, Çin tərəfdən isə “Xining” və “Wuxi” esminesləri, “Lin Yi” freqatı və “Taihu” kompleks təchizat gəmisi iştirak edəcək.

“Bir həftə ərzində Yapon dənizində gəmilərdən ibarət birgə dəstə qorunmayan vəziyyətdə sahildə yerləşməklə şərti düşmənin havadan, sudan və su altından hücumunu dəf etməyi, birgə manevr və müdafiəni məşq edəcək”, - məlumatda deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR