İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Çin arasında vizasız gediş-gəliş mayda bərpa oluna bilər

Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti Artur Muradyan bildirib ki, Rusiya və Çin arasında vizasız qrup səfərləri yayın əvvəlində bərpa oluna bilər.

Musavat.com RİA Novosti-yə istinadla xəbər verir ki, Muradyan bu barədə belə deyib: “Biz gözləyirik ki, vizasız rejim may ayının sonunda işə başlayacaq. Bu, proqnozdur, amma fakt deyil”.

Muradyan bildirib ki, Rusiya şirkətləri çinli turistlərlə maraqlanır.

“China Travel”in direktorlar şurasının rəhbəri Sergey Nazarov agentliyə bildirib ki, Çin turizm şirkətləri iyunda Rusiya-Çin turizm mövsümünün başlamasını gözləyirlər.

"Çindəki tərəfdaşlarımız Rusiya-Çin turizm mövsümünün başlanğıcının iyun ayında olacağını gözləyirlər, çünki qaynar mövsüm həmişə pandemiyadan əvvəl bu vaxt başlayırdı", - Nazarov deyib.

Hazırda çinli turist qrupları Rusiyaya viza ilə səfər edirlər.

Bundan əvvəl Çinin Yekaterinburqdakı baş konsulu vəzifəsini icra edən Tonq Vanq bildirib ki, Rusiya ilə Çin arasında kütləvi turizm 2023-cü ildə bərpa oluna bilər. O, həmçinin əlavə edib ki, bu il Rusiyadan Çinə birbaşa uçuşları bərpa etmək mümkündür.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR