İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ukraynalı uşaqlarla alver edir – “Nyu-York Tayms”

ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Rusiya ukraynalı uşaqlarla alver edir” başlıqlı məqalə dərc olunub.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, məqalənin müəllifi Nikolas Kristof yazır ki, bu ilin avqustunda Ukraynanın şərqində yerləşən Balakliya şəhərində bir qrup uşaq istirahət adı altında avtobusla rus işğalçılarının təşkil etdiyi pulsuz yay düşərgəsinə yola salınıb.

Şəhər sakini 29 yaşlı Nadya Borisenko “Nyu-York Tayms”a açıqlamasında qızı 12 yaşlı Daryanın da düşərgəyə yola salınan 25 uşaq arasında olduğunu açıqlayıb.

O qeyd edib ki, işğalçılar uşaqların düşərgəyə aparılmasına razılıq almaq üçün şirnikləndiri vədlər veriblər, həm uşaqların yaxşı dincələcəyini, hədiyyələr alacağını deyiblər, həm də valideynləri uşaqların Balakliyada atəşə məruz qalma təhlükəsi altında olması ilə qorxudublar, düşərgədə uşaqların atışmalardan uzaq, təhlükəsiz şəraitdə saxlanacağını söyləyiblər.

Qadın vurğulayıb ki, ruslar uşaqların iki-üç həftə sonra düşərgədən evə qaytarılacağını bildiriblər: “Ancaq o uşaqlar indiyədək geri qayıtmayıb. Darya da, qalan uşaqlar da Rusiyadadır. Moskva onların öz ailələrinə qaytarılmasına hələ də əngəl törədir”.

Toğrul İMSAYIL,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR