Onlayn ictimai-siyasi qəzet
Ukrayna ötən gecə Rusiyanın kütləvi raket və pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, partlayışlar Kiyev, Lutsk, Lvov, Çernivtsi, Vinnitsa, Çerniqov, İvano-Frankivsk, Rovna və Zaporojye vilayətlərində qeydə alınıb.
Məlumata görə, Çerniqov vilayətində infrastruktur obyektinə endirilən zərbə nəticəsində Nijin rayonunda 30 mindən çox ev işıqsız qalıb.
İvano-Frankivsk vilayətində də infrastruktur obyektinə hücum edilib. Havanın çirklənməsi ilə bağlı Kaluş sakinlərinə uşaqları məktəb və bağçalara göndərməmək tövsiyə olunub.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə saatlarında ölkə ərazisinə 3 raket və 69 PUA göndərilib. Ümumilikdə isə 502 pilotsuz təyyarə, 16 “Kalibr” və 8 “X-101” raketi ilə hücum həyata keçirilib.
Rəsmi açıqlamaya əsasən, zərbələr 14 yerdə qeydə alınıb, vurulan hava hədəflərinin qalıqları isə əlavə olaraq daha 14 ərazidə dağıntılara səbəb olub.
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ