Onlayn ictimai-siyasi qəzet
Təyyarə qəzası saatlarında Qroznı ətrafındakı vəziyyət mürəkkəb idi. Çünki Rusiya Federasiyası "Kovyor" planının həyata keçirilməsinə başlamışdı.
Musavat.com xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov məlumat yayıb.
O bildirib ki, Qroznı hava limanında sıx duman olub, gəminin komandiri təyyarəni ora endirmək üçün iki uğursuz cəhd edib:
“Qroznıya enməyə cəhd etdikdən sonra təyyarə komandirinə başqa hava limanları təklif edilsə də, o, Aktauya getməyə qərar verib”.
"Kovyor" planı - bütün uçuş aparatları üçün qapalı səma rejimi və havada olan bütün təyyarə və ya helikopterlərin dərhal yerə enməsi və ya müəyyən zonadan çıxarılması əmridir. Bu plan müxtəlif səbəblərdən tətbiq edilə bilər: məsələn, uçuşlar üçün təhlükə yaradan qəfil hava şəraiti dəyişiklikləri zamanı və s.
Ekspertlər hesab edirlər ki, bu kimi açıqlamalarla Rusiya günahı öz üzərindən atmağa çalışır.
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ