Onlayn ictimai-siyasi qəzet
Hələbdə şiddətli döyüşlər: Suriya ordusu ilə PKK/YPG qüvvələri toqquşdu
Suriyanın şimalındakı Hələb şəhərində Suriya hökumət qüvvələri ilə PKK/YPG arasında ağır silahlı qarşıdurma baş verir.
Musavat.com xəbər verir ki, döyüşlər əsasən PKK/YPG-nin nəzarətində olan məhəllələrdə gedir. Suriya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, bu gün keçirilən seçkilərin ardından PKK/YPG qüvvələri həm mülki əhalini, həm də ordu bölmələrini hədəfə alıb.
Nazirlikdən verilən açıqlamada qeyd olunur: “Suriya Ərəb Ordusu vəziyyəti nəzarətə almaq üçün hərəkətə keçib və cavab tədbirləri həyata keçirir”.
Hazırda şəhərdə güclü atışma səsləri eşidilir, bəzi yaşayış məhəllələrində mülki əhali təxliyə edilir.
Məlumata görə, qarşıdurma nəticəsində hər iki tərəfdən itkilər var.
Musavat.com
07 Oktyabr 2025
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ