İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya: təyyarə istehsalçısı 1500 işçisini ixtisar edəcək

Rusiyada təyyarə istehsal edən korporasiya (UAC) Moskvada 1500-ə yaxın əməkdaşını ixtisar etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə RBC-yə müsahibəsində UAC-ın baş direktoru Vadim Badexa məlumat verib. Onun sözlərinə görə, dəyişikliklər yalnız idarə heyətinə şamil ediləcək, konstruktor büroları isə eyni tərkibdə işləməyə davam edəcək.

“Söhbət təkcə işçilərin ixtisarından deyil, istehsal fəaliyyətimizin mühüm hissəsini təşkil edən səmərəliliyin və əmək məhsuldarlığının artırılmasından, itkilərin azaldılmasından gedir”, - Badexa korporasiyanın son illərdə maliyyə nəticələri ilə bağlı vəziyyəti şərh edərkən qeyd edib.

UAC rəhbəri vurğulayıb ki, 2030-cu ilə qədər korporasiya əmək məhsuldarlığını 30% artırmağı gözləyir.
UAC Rostec dövlət korporasiyasının bir hissəsidir və təyyarələrin dizaynı, istehsalı və təmiri ilə məşğul olan müəssisələri birləşdirir. Brend portfelinə Su, MiG, Il, Tu, Yak, Be, eləcə də SSJ100 mülki təyyarələri daxildir. Bundan əlavə, korporasiya MS-21 təyyarəsini seriyalı istehsala hazırlayır.

RBC-nin məlumatına görə, 2020-ci ildən bəri UAC illik ən azı 30 milyard rubl itki ilə üzləşib. Lakin 2024-cü ilin sonuna bu rəqəm 14,2 milyarda düşüb. Badexa maliyyə nəticələrinin yaxşılaşdırılmasını ixrac tədarüklərinin artması ilə əlaqələndirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR