İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya taxıl sazişindən çıxan kimi zərbə endirdi

Rusiya Ukraynaya dəniz blokadası tətbiq edib.

Musavat.com xəbər verir ki, bu sözləri “Bild” qəzetinin hərbi analitiki Julian Röpke qeyd edib.

“Bazar ertəsi taxıl müqaviləsi başa çatdıqdan dərhal sonra Rusiya dəniz blokadası tətbiq etdi. Ukraynanın Odessa və Nikolayev limanlarında 12 yük gəmisi ilişib. Rusiya bombardmanları başlayandan bəri (17 iyuldan - red.) Ukraynaya bir ədəd də olsun, quru yük gəmisi daxil olmayıb”, - analitik bildirib.

Röpkenin sözlərinə görə, Rusiya müxtəlif ölkələrin bayraqları altında üzən ticarət gəmilərinə birbaşa hücum etməyə cəsarət etmir:

“Əksinə, Ukrayna ərazisini atəşə tutur. Amma özlüyündə bu zərbələr taxıldaşıyanların işini mümkünsüzləşdirir. Çünki gəmi sığortaçıları onları raketlərin müntəzəm uçduğu yerə göndərməkdən imtina edirlər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR