Onlayn ictimai-siyasi qəzet
Rusiya Ermənistanın hakim "Mülki Müqavilə" Partiyasının keçmiş üzvü Tatul Asilyanı İrəvana ekstradisiya edir.
Musavat.com report-a istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu bununla bağlı rəsmi İrəvanın vəsatətini təmin edib.
O, 2024-cü ilin mayında axtarışa verilib. Həmin ilin sentyabrında Rusiyada aşkarlanıb.
Asilyan korrupsiya və rüşvətxorluqda ittiham olunub.
O, 2023-cü ilin noyabrında partiya sıralarından uzaqlaşdırılıb.
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ