İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu siyasətçiyə ŞOK: ölkəyə girişi qadağan edildi

Avstraliya İsrailin baş naziri Binyamin Netanyahunun koalisiya hökumətinə daxil olan ifrat sağçı Dini Sionist Partiyasından (RZP) parlament üzvü Simça Rotmanın ölkəyə girişinə icazə verməyib.

Musavat.com “The Guardian”a istinadən xəbər verir ki, Rotman “həmrəylik turu” çərçivəsində Avstraliyada keçirilən tədbirlərdə iştirak etməyi planlaşdırırmış. Lakin işlər gözlədiyi kimi getməyib və nifrət ifadələrinə görə onun ölkəyə girişi qadağan edilib.

Avstraliyanın daxili işlər naziri Tony Burke israilli siyasətçinin viza müraciətinin rədd edildiyini təsdiqləyib və Rothmanın üç il müddətinə viza müraciətinə qadağa qoyulduğunu açıqlayıb.

“Hökumətimiz nifrət dolu mesajlar yaymağa çalışanlara qarşı sərt mövqe tutur. Əgər siz nifrət və qəzəb mesajları yaymaq üçün Avstraliyaya gəlirsinizsə, sizi burada istəmirik. Bizim rəhbərliyimiz altında Avstraliya hər kəsin təhlükəsiz ola biləcəyi və özünü təhlükəsiz hiss edə biləcəyi bir ölkə olacaq.” - o deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR