İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun baş katibi Rutte Zelenski və Trampın Vaşinqtonda görüşünə qatılacaq

NATO-nun baş katibi Mark Rutte Ukrayna və ABŞ prezidentləri arasında bazar ertəsi planlaşdırılan danışıqlarda iştirak edəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumatlı mənbələr informasiya yayıb.
Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Finlandiya prezidenti Aleksandr Stubb daha əvvəl Ukrayna və ABŞ liderləri arasında bazar ertəsi baş tutacaq danışıqlarda iştirak edəcəklərini açıqlamışdılar.

Avropa liderləri Trampa Ukraynanın tərəfində olduqları, onun Rusiya qarşısında təklənməsinə imkan verməyəcəkləri barədə mesaj verirlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR