Onlayn ictimai-siyasi qəzet
8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə yeddi maddədən ibarət birgə bəyannamə imzalayıblar. Sənəd “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in ilkin mərhələsi hesab olunur.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "The Organization for World Peace" təşkilatı yazı harızlayıb.
“Sənədin əsas məqamlarından biri Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini digər bölgəsi ilə birləşdirəcək nəqliyyat dəhlizinin yaradılmasıdır. Bu layihə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) adlandırılıb. Razılaşmaya əsasən, Zəngəzur dəhlizinin inkişafı üzrə eksklüziv hüquqlar ABŞ hökumətinə verilib. Bu addım dünya miqyasında müxtəlif reaksiyalar doğurub. Türkiyə üçün bu dəhliz Azərbaycanla birbaşa əlaqə deməkdir ki, bu da neft və qaz ticarətinin artmasına şərait yaradacaq. Digər tərəfdən, ilk dəfə olaraq sülh prosesindən kənarda qalan Rusiya narahatlığını ifadə edib. İran isə TRIPP layihəsini sərt tənqid edərək, onun Ermənistanla əlaqələrini kəsəcəyini və təhlükəsizliyinə təhdid yaradacağını bildirib”,-deyə yazıda qeyd olunur.
“Bu razılaşma tərəflərin münaqişəni silah gücü ilə deyil, danışıqlar yolu ilə həll etmək niyyətini nümayiş etdirməsi baxımından müsbət addımdır. Bununla belə, tarix göstərir ki, kağız üzərində imzalanan sənədlər həmişə real nəticələr verməyib. Qarşıda hələ də çoxsaylı maneələr durur. Xüsusilə də Rusiyanın və İranın bölgədə ABŞ-ın təsirinin artmasından narazılığı diqqət çəkir.
Mütəxəssislərin fikrincə, sülhün davamlı olması üçün güclü diplomatik əməkdaşlıq və ardıcıl dialoq vacibdir. Son görüşdə ABŞ-ın vasitəçi qismində çıxış etməsi mühüm rol oynayıb. Lakin Trampın xarici siyasətinin əsasən ABŞ-ın milli maraqlarına üstünlük verdiyi nəzərə alınarsa, bu, bəzən beynəlxalq sabitliyi ikinci plana keçirə bilər. Bununla belə, düzgün siyasi iradə və tərəflərin səmimi iştirakı sayəsində TRIPP layihəsi və ümumilikdə sülh prosesi Cənubi Qafqazı iqtisadi və diplomatik əməkdaşlıq zonasına çevirə bilər”,-deyə yazıda bildirilib.
Musavat.com
25 Avqust 2025
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ