Onlayn ictimai-siyasi qəzet
“Ukrayna artıq Rusiyaya qarşı ilk müharibəsini qazanıb” -Tofiq Zülfüqarov
Zülfüqarov yazıb:
“Alyaska, o nəyi göstərdi…
Ukrayna ilk müharibəni artıq qazanıb. Niyə ‘ilk’ deyirəm? Çünki işğal olunmuş ərazilər, daha doğrusu onların azad olunması ölkənin milli identikliyinin bir hissəsinə çevrilib.
Rusiya isə, nəyi nəzarətdə saxlaya biləcəyindən asılı olmayaraq, elan etdiyi məqsədləri – hətta böyük itkilər bahasına, o cümlədən reputasiya itkisinə baxmayaraq – ilk müharibədə uduzub.
Rusiya rəhbərliyi danışıqlarda hansısa güzəştlərə nail olsa belə, siyasi ‘luzer’ imicindən yaxa qurtara bilməyəcək. Ölkəni daimi ‘pis oğlan’a çevirmək, sonsuz SVO aparmaq və hətta Azərbaycanla Qazaxıstanı yeni ‘svo’larla qorxutmaq cəhdləri panikanın göstəricisindən başqa bir şey deyil.
Tez və ya gec, vəziyyəti dondurmaq cəhdi uğurla nəticələnəcək və o zaman əsl siyasi sirk başlayacaq. Bütün siyasi elita, bütün təbliğat maşını həm özlərinə, həm də hamıya ‘Rusiyanın qalib gəldiyini’ sübut etməyə çalışacaq.
Amma bu ‘Pirr qələbəsi’ idarəçilikdə kollaps prosesini, hakimiyyətin tranzitini və hətta ölkənin parçalanmasını sürətləndirə bilər”.
Sabiq nazirin fikrincə, Kreml indi hansı addımları atsa da, artıq strateji məğlubiyyət qaçılmazdır. Onun sözlərinə görə, Moskva özünü qalib kimi göstərməyə çalışsa da, əslində bu proses Rusiyanın daxilində daha dərin siyasi və idarəçilik böhranının başlanğıcına çevrilə bilər.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ