İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Suriyaya buğdanı bazar qiymətindən 50 faiz baha satırmış – Şirkət rəhbəri açıqladı

Bəşər Əsədin devrilməsindən sonra Rusiya bu ölkəyə buğda satışını dayandırıb.

Musavat.com xəbər verir ki, məlumatı Rusiyanın “STG Engineering” şirkətinin baş direktoru Dmitri Trifonov TASS-a açıqlayıb. STG Engineering üç il ərzində taxıl ticarəti ilə məşğul olub, Rusiya buğdasını Suriyaya tədarük edib. Trifonovun sözlərinə görə, şirkət respublikaya ayda təxminən 1,1 milyon ton taxıl ixrac edib ki, bu da Suriyaya idxal edilən Rusiya buğdasının ümumi həcminin təxminən yarısıdır. Qalan tədarüklər Birləşmiş Taxıl Şirkəti tərəfindən həyata keçirilib.

Trifonov bildirib ki, indi ixrac tam dayanıb. O, həmçinin qeyd edib ki, Suriya tərəfinin buğda tədarükü üçün STG Engineering şirkətinə olan borcu 116 milyon dollar təşkil edir.

Rusiya şirkəti ilə Suriya hökuməti arasında bağlanmış müqavilənin şərtlərinə görə, buğdanın bir tonunun qiyməti 345 dollar idi: "Bu, bazardan bir qədər yüksəkdir, lakin çatdırılmalar əvvəlcədən ödənişsiz həyata keçirilib. Bundan əlavə, biz Suriya tərəfinə rahat ödəniş cədvəli təqdim etdik və zəmanət tələb etmədik".

Qeyd edək ki, Rusiya buğdası dünya bazarında ən ucuz buğdadır. Onun qiyməti 2024-cü il ərzində 230-240 dollardan yuxarı qalxmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR