İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sülhməramlıları bu dəfə həddi aşdı, kim “dur” deyəcək? – Əvəz Zeynallı ilə “Canlı debat”

Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb. Məlumata görə, bu saat 17:15-də Azərbaycan ordusunun nəzarət-buraxılış məntəqəsində 1 ədəd 82A zirehli transportyoru və 3 ədəd “Ural” markalı avtomobildən ibarət Rusiya Federasiyası sülhməramlılarının Ağdam vasitəsilə Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət etdiyi karvan yoxlama üçün dayandırılıb.

Avtomobillərə baxış zamanı avtomobillərdən birinin yük hissəsində yataq döşəkləri arasında ən azı 5 ədəd Kalaşnikov avtomatı (AKM) aşkar edilib. Qaydaların kobud şəkildə pozulmasına - silah və sursatların sənədsiz daşınmasına cavab olaraq, kolon dayandırılaraq geri göndərilib.

Rusiya sülhməramlıları nə etməyə çalışır? Bu açıq-aşkar təxribat nədən xəbər verir? Ermənilərdən daha artıq özbaşınalıq etmək və qanunsuz silah daşımaqla Azərbaycana hansı mesajları vermək istəyirlər?

Bu və gündəmdəki bir çox sualları bu gün saat 12.00-də Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR