İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya şirkətlərinin 20%-i əməkdaşlarını ixtisar edib

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra 2022-ci ilin fevralından başlayan böhran fonunda hər beş rus şirkətindən biri işçilərini ixtisar edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Aktion Buxqalteriya” şirkətinin sorğusunun nəticələri bunu göstərir.

Şirkətlərin təxminən 11%-i işçilərin ən az 10%-ni, 6,3%-i işçilərinin 10%-dən 30%-ə qədərini, 2,8%-i 50%-dən 100%-ə qədərini işdən çıxarıb və ya ixtisar edib.

Respondentlərin üçdə birindən çoxu (37,5%) son bir ayda gəlirlərindən və müştərilərindən, 19 faizi isə tədarükçülərindən məhrum qaldığını bildirib.

Sorğuda iştirak edən şirkətlərin 31,2%-i fevralın sonundan etibarən gəlirlərinin bir qədər, 29%-i 25-50%, 13,7%-i isə 50%-dən çox azaldığını ,3,5%-i isə işlərini tamamilə dayandırdıqlarını bildirib.

Bizneslərini qorumaq üçün şirkətlərin 17,5%-i xərcləri azaltmağa, 6,7%-i isə logistikanı dəyişməyə məcbur qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR