Onlayn ictimai-siyasi qəzet
Trendyol Group Azərbaycandan alınan malların çatdırılması sahəsində problemlərin tədricən aradan qaldıracaq.
Qrupun baş icraçı direktoru Erdem İnanın Musavat.com-a dediyinə görə, platformada bu yaxınlarda Azərbaycandan alınan malların sifariş olunduğu gündən çatdırılana qədər bir neçə mərhələdə onlayn izlənməsi imkanı yaradılıb.
Baş direktor bildirib ki, malların Azərbaycanda çatdırılması ilə məşğul olan karqo şirkətlərinin fəaliyyətindən bəzi şikayətlərin olduğunu bilirlər: “Biz bunun üçün platformada şikayətin çatdırılması imkanı yaratmışıq. Ümumiyyətlə, platformada müştərilərin bütün qeydləri incələnir, analiz olunur. Həmin analizlər nəticəsində biz problemlərin hansı mərhələdə yarandığını müəyyənləşdirir, onun aradan qaldırılması üçün addımlar atırıq.
Bağlamaların çatdırılması ilə bağlı şikayətlər fəaliyyət göstərdiyimiz hər bir ölkədə bu və ya başqa dərəcədə olur. Düşünürəm ki, Azərbaycanda təkmilləşmələr aparıldıqca, bu sahədəki çətinliklər də aradan qalxacaq. Hazırda biz Azərbaycanda malların bütün çatdırılma mərhələlərini izləyə bilirik. Buna görə də problemin kimin üzündən yarandığını da görə bilirik. Bütün hallarda müştərilərdən üzləşdikləri problemlərlə bağlı bilavasitə bizə müraciət etməsi vacibdir. Çünki yalnız bu halda biz problemin aradan qaldırılması üşüm gərəkən addımları ata bilərik”.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ