İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərim Vəliyev: Vəziyyət gərginləşir

Şərti sərhədin Ermənistan ərazisində AB missiyasının yerləşdirilməsi Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olur.

Musavat.com xəbər verir ki, bunu Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşdə deyib.

Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa Birliyinin müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR