İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da neft ehtiyatları artdı, bazarda qiymət enişi sürətləndi

Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları 5,81 milyon barel artaraq 422,74 milyon barrelə çatıb.

Musavat.com ölkənin Energetika Nazirliyinin həftəlik hesabatına istinadən xəbər verir ki, benzin ehtiyatları 6,3 milyon barel azalaraq 214,9 milyon barel təşkil edib.

Kommersiya distillat ehtiyatları isə həftə ərzində 3,12 milyon barel azalaraq 118,51 milyon barelə düşüb. Mütəxəssislər neft ehtiyatlarının 1,6 milyon barel artacağını, benzin ehtiyatlarının 1 milyon barrel, distillat ehtiyatlarının isə 1,75 milyon barrel azalacağını gözləyirdilər.

ABŞ-da ehtiyatların ciddi artımı neft bazarında qiymət enişini sürətləndirib. Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,6 dollar (0,78%) ucuzlaşaraq bir barel üçün 76,58 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron hərraclarda WTI neftinin noyabr ayı fyuçerslərinin qiyməti 0,61 dollar (0,83 faiz) azalaraq 72,96 dollar olub.

Dünən hər iki brend 4,6 faiz ucuzlaşıb. Bazar üçün böyük bir mənfi amil olaraq, Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) səlahiyyətlilərinin dünənki açıqlamalarında geniş miqyaslı yeni stimula dair məlumatın olmaması çıxış edir.

Treyderlər həmçinin Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər, burada İsrail son raket hücumuna cavab olaraq hələ də İrana cavab zərbəsi endirməyib, lakin Livanın cənubunda quru əməliyyatını davam etdirir.

Bu arada France Presse-in məlumatına görə, Hizbullahın müvəqqəti rəhbəri Naim Kassem bildirib ki, qrup Livanın İsraillə atəşkəs razılaşması əldə etmək səylərini dəstəkləyib. Bunlar Yaxın Şərqdə gərginliyin azalmağa doğru gedəcəyi ehtimalını artırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR