İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sizin kostyumunuz yerli istehsaldır?" - Putindən qəribə sual

Rusiya prezidenti Vladimir Putin Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinin Rusiya istehsalı olan kostyumunu yüksək qiymətləndirib və rusların yüksək keyfiyyətli yerli məhsullar hazırladığını deyib.

Dövlət başçısı öz kabinetində Nijni Novqorod parçasından üzlüyü olan stul sifariş verməyə hazırlaşır.

Putin Nijni Novqorod vilayətinin rəhbəri Qleb Nikitinin geyiminin haradan olması ilə də maraqlanıb: “Qleb Sergeeviç, sizin kostyumunuz yerli istehsaldırmı?”

Bölgə qubernatoru pencəyin kənarını geri itələyərək əmin edib ki, etiketin olmamasına baxmayaraq, kostyum Rusiyada yerli parçadan tikilib.

“Biz çalışmalıyıq ki, bizi əhatə edən, yerli istehsal olanı geyinməkdən və istifadə etməkdən xoşbəxt olaq. Və o, ən yüksək keyfiyyətdə olsun”, - prezident vurğulayıb.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR