İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Səhiyyə Nazirliyi: Yaralananlardan 60-nın vəziyyəti ağırdır

“Krokus siti holl”da baş vermiş terror aktında yaralananlardan 60-nın vəziyyəti ağırdır.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko “Rossiya-24”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 5-i azyaşlı olmaqla 100-dən çox insan xəstəxanaya yerləşdirilib:

“115 nəfəri xəstəxanaya yerləşdirmişik, onlardan beşi uşaqdır. Bir körpə ağır vəziyyətdədir”.

Eyni zamanda, o, 60 nəfərin vəziyyətinin ağır olduğunu əlavə edib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 40 nəfər ölüb, 147 nəfər yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR