İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfiri Qarabağın statusundan danışdı: “Onların öhdəsinə buraxılmalıdır”

“Dağlıq Qarabağın statusu məsələsi uyğun şərait yarandıqda gələcək nəsillərin öhdəsinə buraxılmalıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Səfir Soçidə keçirilən üçtərəfli görüşü vacib adlandırıb və orada problemin nizamlanması ilə bağlı bütün məsələlərin əsaslı müzakirəsinin aparıldığını iddia edib.

Sergey Kopırkinə görə, nizamlanma prosesi Ermənistan və Azərbaycan arasında razılaşmanın məhsulu olmalıdır. Bununla o, Rusiya prezidenti Vladimir Putinin sözlərini təkrarlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR