İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Qara dənizdə mülki gəmilərə hücum etməyə hazırlaşır-ŞOK AÇIQLAMA


Rusiya Ukrayna taxılının dünya bazarlarına daşınmasına icazə verən sazişdən çıxdıqdan sonra daha bir aksiyaya əl ata bilər.Gələn informasiyalara əsasən Rusiya donanması Qara dənizdə mülki gəmilərə hücum hazırlayır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı gələn xəbərləri Ağ Ev də təsdiqləyib.

Xatırladaq ki, bu həftə Qara Dəniz vasitəsilə taxılın nəqli sazişindən çıxdıqdan sonra Rusiya artıq Odessa limanlarını raket və dronlarla vurmağa başlayıb. Hücumlar nəticəsində 60 min tona yaxın taxıl məhv edilib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hoc bununla əlaqədar müttəfiqlərinə xəbərdarlıq edib. "Bizdə olan məlumata görə, Rusiya Ukrayna limanlarına yaxınlaşan ərazilərə əlavə dəniz minaları yerləşdirib. Bu Qara dənizdə mülki gəmilərə edilən hücumlara haqq qazandırmaq və həmin hücumlarda Ukraynanı günahlandırmaq üçün koordinasiya şəklində həyata keçirilən hərəkətlərdir”,-deyə o qeyd edib

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Qara dənizin şimal-qərb və cənub-şərq hissəsindəki beynəlxalq suları naviqasiya üçün “müvəqqəti olaraq təhlükəli” elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR