İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Prezident administrasiyası rəhbərinin müavini ölkəni “xalq müharibəsi”nə çağırıb

Rusiya Prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun sözlərinə görə, Ukraynadakı müharibə “xalq savaşı”na çevriləcəyi təqdirdə ölkə qələbəyə nail olacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kiriyenko bu sözləri Sinif rəhbərlərinin Ümumrusiya Forumunda çıxış edərkən söyləyib.

" Rusiya həmişə müharibələrin xalq savaşına çevrildiyi hallarda qalib gəlir. Bu həmişə belə olub. Biz bu müharibəni də mütləq qazanacağıq. Amma bunun üçün xalq müharibəsi olmalıdır ki, hər bir vətəndaşımız döyüşdə iştirakçı olduğunu hiss edə bilsin”, - deyə Rusiya rəsmisi bildirib.

Sergey Kiriyenko “gənclik uğrunda döyüşü” “ən vacib döyüş” adlandırıb. Onun fikrincə, Qərb dövlətləri rus gənclərinə təsir göstərməyə çalışır və sinif rəhbərləri bunun qarşısını almalıdırlar. O, həmçinin sovet dövründə mövcud olan “Timur hərəkatı”nı xatırladıb.

Lakin bununla bərabər, Kiriyenkonun sözlərinə görə, Rusiya "Ukrayna ilə müharibə aparmır", lakin NATO ölkələri Rusiyanı "müstəqil suveren dövlət kimi aradan qaldırmaq" üçün onunla aççıq savaşa girişiblər.

Rusiyanın keçmiş baş naziri və “Sağ Qüvvələr Birliyi” partiyasının lideri Sergey Kiriyenko bir vaxtlar demokrat islahatçı hesab olunurdu. Lakin daha sonra Rusiya prezidenti Vladimir Putinin komandasının aktiv üzvlərindən birinə çevrilib və yüksək vəzifələr tutub. Ukraynada müharibə başlayandan sonra, o, işğal olunmuş ərazilərin kuratoru təyin edilib. Kiriyenkonun bir neçə gün Ukraynanın işğal altında olan Xerson vilayətinə baş çəkdiyi gələn xəbərlər arasındadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR