İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunu bu fond maliyyələşdirirmiş - ŞOK

İnquşetiyanın (Rusiya) Milli İnkişaf Fondu Ukraynada döyüşən inquş çevik polisi üçün zireh dəstləri alıb.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Məlumata görə, söhbət fondun vəsaiti ilə alınan 20 zireh dəstindən gedir. Bunlara bədən zirehləri, dəbilqələr, qulaqlıqlar, mikrofonlar və ilk yardım çantaları daxildir.

İnquşetiya rəhbəri Mahmud-Əli Kalimatov fondun onun şəxsi sərəncamı ilə Xüsusi Təyinatlı Milis Dəstəsinə (OMON) zirehli komplektlərin alınması üçün vəsait ayırdığını təsdiqləyib.

İnquşetiyanın Milli İnkişaf Fondu pandemiya zamanı aztəminatlı ailələrə dəstək məqsədilə yaradılıb. Fondun vəsaitləri yoxsul vətəndaşlara ərzaq, tibbi ləvazimatların alınmasına, habelə yanğınlar nəticəsində zərər çəkmiş mənzillərin bərpasına kömək etmək üçün nəzərdə tutulubmuş.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR