İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Ukraynanın Popasna şəhərini ələ keçirib

Rusiya ordusu Ukraynanın Popasna şəhərini ələ keçirib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumatı təsdiqləyib. O, qeyd edib ki, Ukrayna silahlı qüvvələri Popasna şəhərini tərk edib.

"Təəssüf ki, bizim hərbçilər Popasnadan bir qədər geri çəkildilər. Çünki təsəvvür edin, şəhər top atəşinə tutulub, iki aydan artıqdır ki, hücum neçə vaxtdır davam edir, davamlı olaraq atəşə tuturdular, orada hər şey dağıdılıb. Ona görə də bizimkilər əvvəlcədən hazırlanmış daha güclü mövqelərə geri çəkildi.”, - o bildirib.

Qeyd edək ki, bu gün bir sıra mətbu orqanlar Rusiyanın silahlı qüvvələrinin Popasnanı zəbt etməsi barədə məlumat yayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR