Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələri “Geran-2” pilotsuz təyyarələri ilə Odessa vilayətində yanacaq logistika infrastrukturu obyektlərinə zərbələr endirib.
Musavat.com xəbər verir ki, hadisə zamanı 30-a yaxın partlayış səsləri eşidilib, "Triton" neft anbarında isə güclü yanğın başlayıb.
Məlumata görə, yanğın Ukrayna Silahlı Qüvvələrinin təchizatı üçün nəzərdə tutulmuş yanacaq çənlərini əhatə edib.
Qeyd edək ki, "Triton" anbarından tədarük olunan yanacağın əhəmiyyətli hissəsi Dnepropetrovsk, Zaporojya və Nikolayev vilayətlərinə gedir.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ