İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya NÖVBƏTİ SINAQLA qarşı-qarşıya - Putin açıqladı

Rusiya prezidenti Vladimir Putin Kreml sarayında keçirilən dövlət mükafatlarının təqdimat mərasimində iştirak edib.

Musavat.com xəbər verir ki, mərasimdəki çıxışında Rusiya lideri qərb ölkələri ilə yaşanan gərginliyə görə sınaqlardan keçdiklərini, lakin suverenliklərini qoruduqlarını bildirib.

Putin qeyd edib ki, Rusiya növbəti dəfə sınaq qarşısındadır.

63a1bbb318c7733678c0553c.jpg (71 KB)

Mükafatlandırma mərasimində Ukraynadan ilhaq edilmiş Donetskin lideri Denis Puşilin və Luqanskın lideri Leonid Paseçnik "birinci dərəcəli xidmətə görə" ordeni ilə təltif ediliblər. Ukraynadan ilhaq edilmiş Zaporojyenin qubernatoru Yevgeni Balitski və Xerson qubernatoru Vladimir Saldo isə "üçüncü dərəcəli xidmətə görə" mükafatlarına layiq görülüblər.

"Rusiya qəhrəmanı" mükafatı Ukraynada hərbi əməliyyatlarda iştirak etmiş mayor Konstantin Şirokov və Teymen Stepan Belova təqdim edilib. 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı deputatı Adam Kinzinger NATO-nun Rusiyanı cəmi 3 günə məğlub edə biləcəyini deyib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR