İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya NATO ölkələrinin şərabına 200 faizlik rüsum tətbiq edəcək

Rusiya hökuməti Rusiya Üzüm və Şərab İstehsalçıları Assosiasiyasının NATO ölkələrindən şərab idxalına 200 faizlik rüsumun tətbiq edilməsi təklifinə baxacaq.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Viktoriya Abramçenko məlumat verib.

Bildirib ki, təşəbbüsə İqtisadi İnkişaf Nazirliyinin Gömrük və Tarif tənzimləməsi üzrə alt komitəsi çərçivəsində baxılacaq.

Baş nazirin müavini qeyd edib ki, hökumət dost olmayan ölkələrə qarşı əks-sanksiyaları dəstəkləyir: “Ona görə də Nazirlər Kabineti sistematik olaraq bu cür güzgü cavab tədbirləri təklif edir”.

Abramçenko Telegram kanalında şərabçıların təklifinin balanslaşdırılmış yanaşma və ekspertlərin cəlb edilməsi ilə hərtərəfli nəzərdən keçirilməsini tələb etdiyini açıqlayıb. O vurğulayıb ki, Rusiya şərabçılığı sürətlə inkişaf edir və şəraba olan daxili tələbat yerli istehsalçılar tərəfindən tam ödənilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR