Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Moskva və Kiyev arasında diplomatik danışıqların bərpası üçün şəraitin formalaşdığını bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya və Ukrayna “ağlabatan dərəcədə yaxın” mərhələyə çatıb və müharibənin diplomatik yolla başa çatması mümkündür.
“Mən deyərdim ki, tərəflər artıq diplomatik həllə çox yaxındır. Əsas məsələ danışıqların formatının müəyyənləşdirilməsidir. Hər iki tərəfdə sülh istəyi formalaşmağa başlayıb”, – deyə Dmitriyev vurğulayıb.
Xatırladaq ki, son həftələr Qərb və Rusiya rəsmiləri arasında gizli diplomatik təmasların artdığı bildirilir. Analitiklərin fikrincə, Tramp administrasiyasının bu prosesi dəstəkləməsi Moskva-Kiyev münasibətlərində dönüş nöqtəsi ola bilər.
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ