İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya mediası Fərhad Əhmədovdan əl çəkmir - qalmaqal davam edir

Bu günlərdə adı prodüser Priqojinlə telefon söhbəti qalmaqalında hallanan iş adamı Fərhad Əhmədovla maraqlı xəbərlər gəlir.

Musavat.com xəbər verir ki, Rusiya mətbuatı onun Rusiya banklarındakı hesablarında xeyli pulunun qaldığını iddia edir.

Belə ki, Federal Vergi Xidmətinin sızan məlumat bazasına görə, iş adamının Rusiya banklarındakı, əsasən “Sberbank”dakı hesablarında təxminən 45 milyard rubl (526 milyon dollar) qalıb. Bundan əlavə, oliqarx Moskva və Udmurtiyada (2019 və 2021-ci illərdə açılıb) reklam və zavodların yetişdirilməsi ilə məşğul olan “Avigal” və “Udan” şirkətlərinin sahibidir.

Lakin Priqojinlə iddia edilən səs yazısında milyarder Rusiyada biznesinin əllindən alındığını söyləyirdi.
Rusiya mediası Fərhad Əhmədovun 10 ildən artıqdır ki, Bakıda yaşadığını və burada Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoydğunu bildirir. Buna baxmayaraq, 2022-ci ilin aprelində oliqarx “ Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən şəxs” kimi Qərbin sanksiyaları altına düşüb.

Mətbuatın yazdığına əsasən, Əhmədov “Qazprom”la uzun sürən münaqişədən sonra “Nortgaz”ın 49%-ni Putinin dostlarının nəzarətində olan “Novatek”ə 1,375 milyard dollara satıb. Amma iş adamı gəlirin əhəmiyyətli hissəsini “Sberbank”, “Qazprom”, “Lukoil”, “Norilski Nikel”, “Magnit” və eyni “Novatek”in səhmlərinə yatırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR