İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya maye qaz istehsalını 3 dəfə artırmaq niyyətindədir

Rusiya 2030-cu ilədək maye qaz - LNG istehsalını 100 milyon tona çatdırmaqla, bu məhsulun qlobal bazarında 20 faizlik paya sahiblənmək niyyətindədir.

Musavat.com-un xəbərinə görə, bu barədə açıqlama verən Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, ölkəsi hazırda ildə 30 milyon ton LNG istehsal edir.

Onun sözlərinə görə, bu gün dünyada LNG istehsalında Rusiyanın payı təxminən 8 faiz təşkil edir. “Biz dünya üzrə ümumi LNG istehsalı və istehlakının təxminən 20 faizinə sahib olmağı qarşımıza məqsəd qoymuşuq” .

“Rosstat”ın məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyada LNG istehsalı 23,6 milyon ton təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azdır. Sentyabrda LNG istehsalı 2,7 milyon ton olub ki, bu da 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 3,2 faiz, 2023-cü ilin avqust ayı ilə müqayisədə isə 24 faiz çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR