Onlayn ictimai-siyasi qəzet
Gmail poçt sisteminə kütləvi haker hücumları müşahidə olunmaqdadır.
Məlumatı "Forbes" yayıb.
Hakerlər parolları oğurlamaq üçün "Google"-un dəstək xidmətini saxtalaşdıraraq Gmail-ə kütləvi şəkildə hücum edirlər.
Nəşr yazır ki, e-poçtlarda hakerlər “hesabla bağlı problemi həll etməyi” istəyirlər. Hər şey inandırıcı görünür, çünki onlar real Google domenlərindən istifadə edirlər.
Nəşr bildirir ki, Google şübhəli e-poçtların açmamaqla bağlı xəbərdarlıq edir./Teleqraf.az/
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ