İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan-Hindistan savaşı şiddətləndi- Nüvə və raket siyasəti ilə bağlı TƏCİLİ TOPLANTI

Hindistanın 10 may gecəsi raket zərbələri ilə Pakistanın hava bazalarını hədəf almasının ardından böyük miqyaslı hərbi əməliyyat elan edilib.

Musavat.com xəbər verir ki, Pakistan ordusunun nümayəndəsi, general Əhməd Şarif Çaudxri, Hindistanın üç hava bazasına, o cümlədən Ravalpindidə yerləşən Nur Xan bazasına hücum etdiyini təsdiqləyib. Bu bazada Pakistanın hərbi komandanlığı yerləşir və İslamabaddan 10 km məsafədədir.

Bütün bunlara cavab olaraq Pakistanın “Bəncən um-Marsus” (Möhkəm Divar) adlı hərbi əməliyyatı başlanıb. PTV News-in məlumatına görə, Pakistan bu addımı Hindistanın aqressiyasına cavab olaraq atıb və indiyə qədər çoxsaylı hədəfləri vurub. Əməliyyat səhər namazından dərhal sonra başlayıb.

Əməliyyat çərçivəsində, Bramos raketləri anbarı və Udhampur və Pathankot kimi Hindistanın hava bazaları zərbələrə məruz qalıb. Geo TV-nin verdiyi məlumata görə, Pakistan hərbi qüvvələri, Udhampur bazasına özünün istehsal etdiyi "Fath-1" raketləri ilə ən azı üç zərbə endirib.

Bundan əlavə, Pakistanın Hava Qüvvələri, Adam Purda yerləşən S-400 zenit raket kompleksini məhv etdiyini açıqlayıb.

Hindistan və Pakistan arasında Sri Nagar və Jammu-Kəşmir bölgələrində intensiv döyüşlərin davam etdiyi bildirilir. Pakistan Baş naziri Şahbaz Şərif nüvə və raket siyasəti ilə bağlı qərar qəbul edən yüksək səviyyəli orqanı təcili iclasa çağırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR