Onlayn ictimai-siyasi qəzet
Çinlə İsveçrədə keçirilməsi planlaşdırılan danışıqlardan sonra ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan mallara tətbiq etdiyi tariflərin ləğvi istisna olunur.
Musavat.com xəbər verir ki, bunu Fox News-a ABŞ-ın ticarət naziri Hovard Lutnik deyib.
Məmurdan İsveçrədəki danışıqlardan sonra hazırkı 145 faiz tariflərin tamamilə dayandırılması şansının olub-olmaması soruşulub: "Heç bir şans yoxdur. Bu, mümkün deyil". Onun fikrincə, Çinə “əhəmiyyətli tariflər” tətbiq olunmağa davam edəcək, lakin onlar “insan səviyyəsinə” endiriləcək.
Hazırda ABŞ-ın Çin mallarına tətbiq etdiyi rüsumlar 145 faizə çatır. Trump özü mayın 9-da Çinə tariflərin 80 faizə qədər endirilməsini mümkün sayıb. Ağ Evin mətbuat katibi Karolina Levitt bununla bağlı bildirib ki, Vaşinqton Çin üçün tarif dərəcələrini birtərəfli qaydada aşağı salmaq niyyətində deyil; Pekindən güzəştlər lazımdır.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ