İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya İran istehsalı PUA-larla Ukraynaya yenidən hücum etməyə başlayıb”

Rusiya “Şahid” PUA-ları ilə Ukraynaya – Dnepr şəhərinə yenidən hücum etməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə ukraynalı sosial şəbəkə istifadəçiləri və rusiyalı hərbi bloqçular məlumat yayıblar.

Onlar İran istehsalı pilotsuz uçuş aparatlarının mühərriklərinin xarakterik səsindən və partlayışlarından yazırlar. Məlumatı Dnepropetrovsk vilayətinin Şura sədri Mikola Lukaşuk təsdiqləyib.

Qeyd edək ki, Rusiya artıq bir neçə həftədir ki, Ukraynaya hücumlarda “Şahid”dən (Rusiya adı “Geran”dır) istifadə etmirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR