Onlayn ictimai-siyasi qəzet
Aprelin 17-də vətəndaşların bank kartlarından 51559 manat oğurlanıb.
Musavat.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, son sutkada ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 34427, 7050, 3970, 1500, 999, 830, 670, 500, 483, 303, 300, 250, 192, 85 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Nazirlik vətəndaşlara kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu kimi məxfi məlumatları tanımadıqları şəxslərlə paylaşmamağı tövsiyə edib.
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ