İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya ilə Ukrayna arasında əsas məqamların əksəriyyəti razılaşdırılıb" - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya ilə Ukrayna arasında münaqişənin həlli ilə bağlı mümkün razılaşmanın əksər müddəaları razılaşdırılıb.

Musavat.com xəbər verir ki, o, özünə məxsus Truth sosial hesabında iki tərəf arasında "çox yüksək səviyyədə" görüşün lazım olduğunu yazıb: "Rusiya və Ukrayna ilə danışıqlar və görüşlər üçün yaxşı gün oldu. Onlar razılığa çox yaxındırlar və indi bunu başa çatdırmaq üçün hər iki tərəf çox yüksək səviyyədə görüşməlidir. Əsas məqamların əksəriyyəti razılaşdırılıb".

Tramp deyib ki, ABŞ rəsmiləri “münaqişənin sona çatmasına kömək etmək üçün lazım olan vaxtda lazım olan yerdə olacaqlar”.

Qeyd edək ki, dünən Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvaya gedərək Vladimir Putinlə 3 saatdan çox danışıqlar aparıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR